Şimali Koreyanın yüzlərlə əsgəri ölüb – “Associated Press”
Rusiyanın Kursk bölgəsində yüzlərlə Şimali Koreya əsgəri ölüb və ya yaralanıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi Pentaqonun yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
Mənbə ölənlərin dəqiq sayını açıqlamayıb, lakin Şimali Koreya qoşunları arasında döyüş təcrübəsinin olmaması səbəbindən əhəmiyyətli itkilər olduğunu vurğulayıb.
ABŞ-nin məlumatına görə, Şimali Koreya piyadaları həm rus bölmələri ilə birlikdə, həm də müstəqil şəkildə döyüşlərdə iştirak edirlər.
“Associated Press” iddia edir ki, Rusiya Ukraynaya qarşı müharibədə hər gün 1200-ə qədər insanı itirir, onlar ya həlak olur, ya da yaralanır. Lakin hələlik şəxsi heyətin itkisi kompensasiya edilir.
Xatırladaq ki, ABŞ və Cənubi Koreya kəşfiyyatının məlumatına görə, oktyabr ayında 10-12 min Şimali Koreya əsgəri Rusiyaya gəlib və Kursk bölgəsində yerləşdirilib.
“Associated Press” iddia edir ki, rus qoşunları Kursk vilayətinin ərazisinin 20%-ni geri ala bilib.
Xatirə Sadiq