"Siz həmişə kansler olmayacaqsınız, amma..." - Merkel memuarında Putini belə xatırlayıb

Almaniyanın keçmiş kansleri Angela Merkel güman edir ki, məhz onun istefasından sonra Rusiya lideri Vladimir Putin NATO üzvlüyünə mane olmaq üçün Ukraynanı işğal etməyi planlaşdırıb. 

Nov 21, 2024 - 14:41
"Siz həmişə kansler olmayacaqsınız, amma..." - Merkel memuarında Putini belə xatırlayıb

SAVASHMEDİA.az xəbər verir ki, Merkel bu barədə “Azadlıq. Xatirələr 1954–2021” adlı kitabında bəhs edib. Noyabrın 26-da təqdimatı keçiriləcək bu kitabdan bəzi hissələri “Die Zeit” və “Bild” dərc edib. 

Keçmiş kansler Putini təsvir edərkən xatırladıb ki, Rusiya prezidenti onda özünün ciddi qəbul edilməsinə var qüvvəsilə can atan adam təəssüratı yaradıb. 

“Mən onu hörmətsizliyə məruz qalmaq istəməyən və hər an kiminsə üzərinə atılmağa hazır olan bir adam kimi görürdüm. Siz bunu uşaqlıq və nifrət kimi qəbul edə bilərsiniz, başınızı bulaya bilərsiniz. Amma bu, Rusiyanın heç vaxt dünya xəritəsindən itməyəcəyi anlamına gəlirdi”, - deyə Merkel vurğulayıb. 

Merkel kitabın bir yerində Putinin Ukrayna barədə dediklərini xatırladıb. “Siz həmişə kansler olmayacaqsınız, amma görəcəksiniz ki, Ukrayna NATO-ya daxil olmaq istəyəcək. Və mən bunun qarşısını almaq istəyirəm”, - deyə o, Putindən sitat gətirib.

Onun sözlərinə görə, Mərkəzi və Şərqi Avropa ölkələrinin bəzi liderləri istəklərini gerçək kimi qələmə verirlər: “Görünür, onlar ölkənin, sadəcə, yox olmasını istəyirlər, onun mövcud olmasını istəmirlər. Mən onları qınaya bilmərəm. Amma güclü nüvə silahına malik olan Rusiya hələ də mövcuddur”.

Xatirə SADİQ