"Sizinlə danışan təyyarə bələdçisi Hökumə Əliyevadır" - Yeni VİDEO yayıldı

25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayan "Embraer-190" təyyarəsindən daha bir video yayılıb.

Dec 3, 2025 - 12:34
"Sizinlə danışan təyyarə bələdçisi Hökumə Əliyevadır" - Yeni VİDEO yayıldı

SAVASHMEDİA.az xəbər verir ki, videonu təyyarə qəzasında atasını itirən Abbas sosial şəbəkədə paylaşıb.

O bildirib ki, iki gün əvvəl atası Rəşid Qıstarovun telefonunu əldə edib. Bu görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Aytən