SOCAR-a sərt ittiham - Mirvari Qəhrəmanlı nəyə eyham vurdu?
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının SOCAR-la bağlı son paylaşımı maraqla qarşılanıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, QHT rəhbəri SOCAR-ı işarələyərək dövlət dilinin tətbiqinə yönəlmiş hərəkətlərin qanun pozuntusu adlandırıb.
Onun paylaşımını təqdim edirik:
"SOCAR diqqətinizə
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir.
Onun tətbiqinə qarşı yönəlmiş hərəkətlər qanun pozuntusu sayılır.
İnzibati Xətalar Məcəlləsinin 533-cü maddəsinə əsasən, aşağıdakı hallar qanun pozuntusu sayılır:
Dövlət dilimiz – Azərbaycan dili əleyhinə təbliğat aparılması
Dilimizin işlənilməsinə maneə yaradılması və ya onun sahəsinin məhdudlaşdırılması
Azərbaycan dilində latın qrafikalı əlifbanın tətbiqinə əngəl törədilməsi
Bu cür hallara görə inzibati məsuliyyət nəzərdə tutulur:
Fiziki şəxslər – 1000 ₼ – 1500 ₼
Vəzifəli şəxslər – 2500 ₼ – 4000 ₼
Hüquqi şəxslər – 12.000 ₼ – 16.000 ₼"
Xatırladaq ki, SOCAR-da daxili yazışmaların Azərbaycan dilində yox, ingilis dilində aparıldığı barədə iddialar var.
Mövzuya qayıdacağıq.
Oğuz