Şon Pendən ukraynalılara müraciət – “Bütün dünyanı müdafiə edirsiniz” 

Məşhur amerikalı kinoaktyor, Oskar mükafatı laureatı Şon Penn yenidən Ukraynaya gəlib. 

Apr 22, 2025 - 16:14
Şon Pendən ukraynalılara müraciət – “Bütün dünyanı müdafiə edirsiniz” 

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Ukrayna ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin 3-cü alayı “Facebook”da video paylaşıb. 

“Siyasətçilərin etdikləri hər şeyə baxmayaraq, mən sizin hər birinizə inanıram və hamımızın olmaq istədiyimizin ən yaxşı nümunəsi olduğunuz üçün sizə minnətdaram. Siz təkcə öz ölkənizi müdafiə etmirsiniz, həqiqətən də bütün dünyanı müdafiə edirsiniz. Və mən bilirəm ki, siz qalib gələcəksiniz. Tanrı sizi və ailələrinizi qorusun!”, - deyə Şon Pen bildirib. 

Ukrayna mediası qeyd edir ki, bu, artıq amerikalı kinoaktyorun Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından bəri ölkəyə dördüncü səfəridir. 2022-ci ilin fevralından sonra o, hər il Kiyevə səfər edərək president Zelenskiyə və ukraynalılara dəstək olur.

Xatirə SADİQ