Çex xokkeyçi Medvedevdən şikayətçidir - “Ölümlə təhdid edir”
Dünya xokkeyinin əfsanəvi oyunçusu Dominik Haşek Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin onu öldürməklə hədələdiyini bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə çexiyalı xokkeyçi “X” platformasında yazıb.
Onun sözlərinə görə, artıq bununla əlaqədar Beynəlxalq Olimpiya Komitəsinə və Beynəlxalq Buzlu Xokkey Federasiyasına məktublar göndərib.
“Bu gün mən iki rəsmi məktub göndərdim. Biri BOK-a. Prezident və İcraiyyə Şurasının üzvlərinə. Digəri isə IIHF-ə (Şayba ilə Beynəlxalq Xokkey Federasiyası).
Onlara xəbər verirəm ki, Rusiyanın keçmiş prezidenti Medvedev məni öldürməklə hədələyib. Mən həmçinin, digər məsələlərlə yanaşı, onların qərarlarının qarşıdakı aylarda nə qədər vacib olacağını qeyd edirəm və yenə də idman tədbirlərinin Rusiya müharibəsinin reklamına çevrilməməsi və insanların ölümü ilə nəticələnməməsi üçün qaydaların yaradılmasına kömək etməyi təklif edirəm. Mən hər iki məktubu təkcə IOC və IIHF üçün deyil, həm də bütün idman və qeyri-idman ictimaiyyəti üçün çox vacib hesab edirəm. Ona görə də onları bir neçə günə dərc edəcəyəmm”, - deyə Haşek vurğulayıb.
“TASS” agentliyi xəbər verir ki, Rusiyanın keçmiş prezidenti və Təhlükəsizlik Şurasının indiki sədr müavini Dmitri Medvedev ikiqat Stenli Kubokunun qalibi Dominik Haşekin Beynəlxalq Olimpiya Komitəsinə (BOK) ünvanladığı şikayətə reaksiya verib.
“Dmitri Anatolyeviç keçmiş qapıçı Hasekin ağır psixi xəstəlikdən – təqiblərin sayıqlaması şəklində rusofobiya – əziyyət çəkdiyinə inanır. Ona yolu keçəndə daha diqqətli olmağı, təsdiqlənməmiş yerlərdə pivə içməməyi və mütəmadi olaraq psixiatra baş çəkməyi tövsiyə edərdim”, - deyə Medvedevin köməkçisi Oleq Osipov rəhbərindən sitat gətirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalı başlayanda Dominik Rusiya hakimiyyətinin, eləcə də ulduz rus xokkeyçilərinin davranışını pislədi. O, xüsusilə NHL, ABŞ və Kanadanı rus xokkeyçisi Aleksandr Oveçkinin vurulan qollara görə liqanın rekordçusu olmasını qeyd etməsinə icazə verdiklərinə görə tənqid etdi.
Medvedev Oveçkini təbrik edərək belə yazdı: “P.S.: Biz dəli çex Hasekin intiharını gözləyirik”.
Haşek Medvedevin sözlərini ölüm təhdidi kimi qiymətləndirib.
Xatirə SADİQ