Peskovun arvadı ilə etdiyi bu hərəkət ukraynalıları hiddətləndirdi - VİDEO

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xanımı Tatyana Navka ilə birlikdə konki üzərində rəqs ediblər.

Apr 15, 2025 - 15:29
Peskovun arvadı ilə etdiyi bu hərəkət ukraynalıları hiddətləndirdi - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, “RİA Novosti” bununla bağlı görüntülər yayıb.

Bu məlumat Ukrayna mediasında hiddət doğurub. Diqqətə çatdırılıb ki, rus işğalçıları Krivoy Roq, Sumı şəhərlərində ukraynalı uşaqları öldürərkən Putinin dezinformasiya yayan sözçüsü və onun Dneprdən olan ukraynalı həyat yoldaşı vicdan əzabı çəkmədən buz üzərində rəqs edərək əylənirlər.

“Cəhənnəm onları xilas etməyəcək!”, - deyə Dmitri Qordon telegram kanalında yazıb.

Xatirə SADİQ