Fransa Rusiya ilə müharibəyə hazırlaşır

“Fransa Silahlı Qüvvələri 3-4 ildən sonra müharibəyə hazır olmalıdır”.

Oct 23, 2025 - 12:48
Fransa Rusiya ilə müharibəyə hazırlaşır

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabien Mandon bildirib.

Mandon Milli Assambleyanın Müdafiə Komitəsinin dinləmələrində deyib: “Silahlı Qüvvələr qarşısında qoyduğum ilk məqsəd üç-dörd ildən sonra toqquşmaya hazır olmaqdır”.

“Le Parisien” qəzeti yazıb ki, Mandon bu fikri Rusiya ilə qarşıdurma kontekstində yaranmış vəziyyətdən danışarkən səsləndirib.

General etiraf edib ki, toqquşma artıq hibrid formada gedir, amma gələcəkdə daha da böyüməsi riski var.