Vens kuboku sındırdı - VİDEO
ABŞ-nin vitse-prezidenti Cey Di Vens futbol üzrə tələbə komandalarının mükafatlandırılması mərasimində Çempion Kubokunu sındırıb.
SAVASHMEDİA.az ABC News telekanalına istinadən xəbər verir ki, xoşagəlməz hadisə Ağ Evin ərazisində keçirilən bayram şənliyi zamanı baş verib.
Vitse-prezidenti Ohayo Dövlət Universitetinin futbol komandasının milli çempion kubokunu təqdim edərkən onu əlindən salaraq sındırıb. Kubok iki hissəyə parçalanıb.
Xatirə SADİQ