Xameneinin dəfn olunacağı yer BİLİNDİ
İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin iyun ayı ərzində keçiriləcəyi dəqiqləşib.
SAVASHMEDİA.az xəbər verir ki, mərasimin təşkili İslam İnqilabı Keşikçiləri Korpusuna həvalə olunub.
Məlumata görə, vida mərasimi üçün 3 günün ayrılması nəzərdə tutulub, Tehranda isə tədbirin 24 saat davam edəcəyi gözlənilir.
Eyni zamanda Qum və Məşhəd şəhərlərində matəm yürüşlərinin planlaşdırıldığı bildirilir.
Ayətullah Seyid Əli Xameneinin isə vəsiyyətinə uyğun olaraq Məşhəddə, İmam Rza türbəsində dəfn ediləcəyi iddia olunur.
Aytən