Özgür Özel Kılıçdaroğluya görə CHP üzvlərindən XAHİŞ ETDİ
CHP-nin seçilmiş sədri Özgür Özel Türkiyə Böyük Millət Məclisində partiyasının qrup toplantısını keçirib.
SAVASHMEDİA.az xəbər verir ki, çıxışında bir çox məsələlərə toxunan Özgür Özel məhkəmə qərarına əsasən partiya sədrliyinə qayıdan Kamal Kılıçdaroğlu ilə bağlı məsələyə də aydınlıq gətirib.
Belə ki, Ö.Özelin çıxışı zamanı salonda “Xain Kamal” şüarı səsləndirilib.
Özel şüarı səsləndirənlərə müdaxilə edərək onları susdurub.
O bildirib ki, xəyanət başqalarının dediyi sözlərlə deyil, insanın öz vicdanı ilə hiss edəcəyi bir şeydir. Əgər bir insan öz vicdanı ilə xəyanət etdiyini hiss etmirsə, ona kimlərinsə “xainsən” deməsi əbəsdir.
Özel bir daha bu şüarın səsləndirilməməsini xahiş edib.
Banu