İstanbulda ruslar və amerikalılar bir araya gəldilər

Rusiya və ABŞ nümayəndə heyətlərinin İstanbulda danışıqlarının növbəti raundu başlayıb. 

Apr 10, 2025 - 12:55
İstanbulda ruslar və amerikalılar bir araya gəldilər

SAVASHMEDİA.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.

Rusiyanın İstanbuldakı Baş konsulluğunda aparılan danışıqlarda iki ölkənin səfirliklərinin işinin normallaşdırılması müzakirə olunacaq. 

Məsləhətləşmələrdə Rusiyanın ABŞ-dakı səfir Aleksandr Darçiyev, Amerika tərəfini isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter təmsil edir.

Xatırladaq ki, İstanbulda əvvəlki Rusiya-Amerika məsləhətləşmələri bu il fevralın 28-də baş tutub. O zaman Rusiya Xarici İşlər Nazirliyi “müzakirələrin mənalı və işgüzar şəkildə keçdiyini” bildirmişdi. 

Xatirə SADİQ