Tramp podkasterin anım mərasiminə qatılacaq - Arizonada
ABŞ prezidenti Donald Tramp gələn həftə Arizonada podkaster Çarli Kirkin anım mərasimində iştirak edəcək.
SAVASHMEDİA.az Now telekanalına istinadən xəbər verir ki, bu barədə Tramp bazar günü jurnalistlərə açıqlama verib.
ABŞ prezidenti anım mərasiminə qatılmaq planını təsdiqləyib.
Xatırladaq ki, ötən həftə Trampın ən sadiq tərəfdarlarından olan 32 yaşlı Çarli Kirk Yuta Universitetində ictimai debat zamanı güllələnib. O, snayper tərəfindən boynundan vurulub və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Xatirə SADİQ