"Sonanın uşaqları", qanmazlar, amöbfasonlar... - Natiq Cəfərli kimə hirsləndi?

"REAL" partiyası maliyyə hesabatını paylaşıb.

Apr 11, 2025 - 22:52
"Sonanın uşaqları", qanmazlar, amöbfasonlar... - Natiq Cəfərli kimə hirsləndi?

Belə ki, partiyanın 2024-cü il üzrə gəlirləri 274 min 290 manat olub.Bunun 12 manatını üzvlük haqqı kimi toplayıblar, 274 min 278 manatı isə dövlətdən yardım formasında alıblar.

Hesabatda göstərilir ki, seçkilərdəki namizədlərə büdcədən 20 min manat ianə edilib.

Bununla bağlı sosial şəbəkədə paylaşılan post və yazılan rəylər isə ReAL partiyasının rəhbəri Natiq Cəfərlini bu mövzuda xüsusi açıqlama ilə çıxış etməyə məcbur edib.

SAVASHMEDİA.az Natiq Cəfərlinin açıqlamasını təqdim edir:

"HamamTimes səhifəsi axmaq və manipulyativ post paylaşıb, şərhlərə yığılan bəzi adamlara cavabım: 
Bu səhifəni kim idarə edirsə, əgər adamdırsa, gəlsin ona video müsahibə verim, hər şeyi izah edim. Niyə 12 manat? Çünki hakimiyyət üzvlük haqqı yığımına faktiki qadağa qoyub, hər bir üzv hər ay banka getməli, şəxsiyyət vəsiqəsini təqdim edib pul köçürməlidir. Biz özümüz qərar verdik və üzvlük haqqı yığmırıq, çünki, banka gedib öz şəxsiyyət vəsiqəsi ilə pul köçürən üzvlərə təhdid yarana bilər, niyə hökumətin işini asanlaşdırıb onları hədəfə gətirək ki?! Biz 35 ildir üzvlərini "ət maşınına" verib xal qazanan təkhücüyrəli siyasətçilər deyilik axı!  

Parlament partiyası kimi aldığımız vəsatin 30%-dən çoxunu müxtəlif şəkildə vergi ödənişi kimi büdcəyə qaytarırıq. REAL ın icarəyə götürdüyq 4 ofis, onların xərcləri var. Seçkilərdədə hər namizəd üçün vəsait ayırdıq (Parlament və Bələdiyyə). 

Hə, bu arada amöbfason gülənlər var ha, onlara daha sözüm yoxdur, çünki, zatən qanmayacaqlar, zatən bu hökumət istənilən an onlardan istifadə edib, o qədər axmaqdırlar ki, çox zaman istifadə olunduqlarını belə anlamırlar. "Sonanın uşaqları", güya, hesabatlıq istəyirlər, REAL hər qəpiyin hesabatını verib, publik elan edib - indi də şəffaflığa gülürlər. Allah bu yazıqlara kömək olsun, çünki, bəndə artıq kömək edə bilməz, ağır durumdadılar..."

Oğuz