İran Trampın başına PUL QOYDU - Fantastik MƏBLƏĞ
İran Parlamenti ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun başına mükafat qoymağı planlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “İran Wire” məlumat yayıb.
Məlumata görə, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi Donald Tramp və Benyamin Netanyahunu öldürən hər hansı bir şəxsə və ya təşkilata 50 milyon avro (58, 23 milyon dollar) ödənilməsinə dair qanun layihəsi hazırladıqlarını bildirib.
İran parlamentinin sözügedən qanun layihəsinin lehinə səs verəcəyi gözlənilir.
Əzizi qeyd edib ki, Tramp, Netanyahu və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri admiral Bred Kuper Əli Xameneinin sui-qəsdində rol oynadıqlarına görə cavab verməlidirlər.
Banu