Trampın oğlu gizli şəkildə Türkiyəyə gəldi, Ərdoğanla görüşdü - Nə danışıblar?
ABŞ prezidentinin oğlu kiçik Donald Con Tramp ötən həftə İstanbulun Dolmabağça Sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
SAVASHMEDİA.az DW-nin Türkiyə xidmətinə istinadən xəbər verir ki, bu iddianı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Bağçalıevlərdə düzənlənən mitinqdə çıxış edərkən səsləndirib.
“Ötən şənbə günü o (Ərdoğan), Trampın oğlu kiçik Trampı İstanbulun Dolmabağçadakı ofisində anonim şəkildə qəbul etdi. Onunla bazarlığa girdi. Səfərdə “iş adamı” yazdılar, adını çəkmədilər. Fələstin qan ağlayarkən, onlar lobbi firmaları vasitəsilə Trampın oğlu ilə əməkdaşlıq edirlər. Trampın xeyrinə Fələstini və fələstinli bacı-qardaşlarımızı taleyin hökmünə buraxırlar”, - deyə Özgür Özəl vurğulayıb.
CHP sədri Trampın Qəzzanı boşaltma planlarının bölgədəki “karbohidrogen yataqları”ndan qaynaqlandığını bildirib.
“Ərdoğan Fələstin məsələsində Netanyahuya söz söylər kimi yapıb, Trampa ağzını açmır. Haradasan Ərdoğan? Sən hardasan? Fələstin yanır. Sən haradasan? Tramp Fələstinin üstünə çökür. Sən haradasan? Ağlını başına topla. Fələstin səni əfv etməyəcək. O uşaqların göz yaşlarında boğulacaqsan”, - deyə Özəl iddia edib.
“Middle East Eye” nəşrinin məlumatına görə, ABŞ prezidentinin oğlu həqiqətən də Ərdoğanla görüşüb. Kiçik Trampın həmfikir olduğu bir neçə biznesmenlə birlikdə Türkiyəyə səfər etdiyi bildirilir.
Xatirə SADİQ