Avropa bu addımı atsa, Çin Rusiyanı məcbur edəcək - Tramp
“Əgər Avropa Rusiyadan neft alan Çinə qarşı sanksiyalar tətbiq etsə, Pekin Moskvanı Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün ona təzyiq göstərəcək”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Fox News telekanalına verdiyi müsahibədə deyib.
“Yaxşı, əgər onlar (Avropa ölkələri – red.) sanksiyalar tətbiq etsəydilər, məsələn, tariflər və ya siz bunu necə adlandırırsınızsa – Çinə münasibətdə bunu etsəydilər, düşünürəm ki, müharibə bitərdi. Çünki Çin hazırda Rusiya neftinin şəksiz ən iri alıcısıdır. Məncə, onların Rusiya üzərində başqa təsir rıçaqları da var. Cümə günü lider Si ilə danışacağam. Hər şeyin necə olacağını görəcəyik. Əgər Avropa Çinə münasibətdə nəsə etsə, düşünürəm ki, Çin, yəqin ki, müharibəni bitirməyə məcbur edəcək”, - deyə Tramp vurğulayıb.
Xatirə SADİQ