Sudja şəhəri azad olunub?

“TASS” agentliyi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçən Kursk vilayətinin Sudja şəhərinin mərkəzindən görüntülər nümayiş etdirib. 

Mar 12, 2025 - 13:46
Sudja şəhəri azad olunub?

SAVASHMEDİA.az xəbər verir ki, kadrlarda rusiyalı hərbçilərin çox ehtiyatla şəhərin mərkəzində əllərində Rusiya bayrağı ilə dayandıqları görünür. 

Məlumata görə, rusiyalı hərbçilər Kursk vilayəti ərazisində Ukrayna Silahlı Qüvvələrinin birləşmələrini ərazidən çıxarmağa başlayıblar. 

Müdafiə Nazirliyinin martın 11-də yaydığı məlumata əsasən, “Şimal” qoşun qruplaşmasının bölmələri hücum əməliyyatları zamanı 12 yaşayış məntəqəsini, 100 kv km-dən artıq ərazini azad edib.

Ukrayna tərəfi hələ bu xəbəri şərh etməyib.

Xatirə SADİQ