Sumqayıt sakinləri yolları bağladı, "Azəriqaz"a etiraz - VİDEO

İki gündür ki, "Azəriqaz”ın smart kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. 

Jan 2, 2026 - 18:54
Sumqayıt sakinləri yolları bağladı, "Azəriqaz"a etiraz - VİDEO

Vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsaiti yükləməkdə problemlərlə üzləşdiklərini, kartlardakı balansı sayğaclara yükləmək istədikdə "kart boşdur” mesajı ilə qarşılaşıblar.

SAVASHMEDİA.az afn.az-a istinadla xəbər verir ki, baş verənlər əhalinin ciddi etirazlarına səbəb olub. 

Belə ki, qazsızlığın ikinci günündə Sumqayıt sakinləri yolları bağlayıblar.

Belə ki, bir qrup şəhər sakini yollara çıxaraq "Azəriqaz"ın yarıtmaz fəaliyyəti nəticəsində yaranan problemə etiraz əlaməti olaraq aksiya keçirib. Hələlik aksiya ilə bağlı detallar məlum deyil.

Aksiyanın görüntülərini təqdim edirik: