Suriya üsyançıları Dəraa şəhərini də ələ keçirdilər
Suriya üsyançıları ölkənin cənubundakı Dəraa şəhərinin nəzarətini ələ keçirdiklərini bildiriblər.
SAVASHMEDİA.az xarici mediaya istinadən xəbər verir ki, Hama şəhərində olduğu kimi, burada da Hafiz Əsədin abidəsi sökülüb.
AFP agentliyi Suriya İnsan Hüquqları Müşahidə Şurasına (SOHR) istinad edərək Dəraa əyalətinin 90%-nin, o cümlədən şəhərin üsyançıların nəzarəti altına keçdiyini təsdiqləyib.