Tanınmış bankir Kanadanın baş naziri vəzifəsinə iddialıdır

“Kanada Bankı”nın (Bank of Canada) keçmiş rəhbəri Mark Karni Liberal Partiyasının lideri və ölkənin baş naziri vəzifələri uğrunda mübarizə aparacaq.

Jan 17, 2025 - 09:01
Tanınmış bankir Kanadanın baş naziri vəzifəsinə iddialıdır

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

O, elan edib ki, hakim Liberal Partiyasının lideri postu uğrunda mübarizədə qalib gələcəyi təqdirdə baş nazir ola biləcək. 

59 yaşlı Karni özünü iqtisadiyyat və maliyyədən güclü anlayışı olan “hakimiyyətdən kənar adam” kimi təqdim edir. Bununla belə, onun sabiq baş nazir Trüdo ilə sıx əlaqələri olduğu vurğulanır. Kanadanın sabiq baş naziri ötən ilin payızında onu iqtisadi artımla bağlı işçi qrupunun rəhbəri təyin etmişdi. 

Karni 2007-ci ildə “Kanada Bankı”na rəhbərlik edib və 2008-ci ildəki maliyyə böhranının “fırtınasından” keçmək məcburiyyətində qalıb. 2013-cü ildən isə “İngiltərə Bankı”na (Bank of England) rəhbərlik edir. O, bu səviyyədə iki quruma ilk rəhbər olan şəxs kimi tanınır.

“Mən bütün diqqətimi iqtisadiyyatımızdakı problemləri düzəltmək məqsədilə cəmləməyə hazırlaşıram. Mən çoxlu böhranın həllinə kömək etmişəm və iki iqtisadiyyatı xilas etməyə kömək etmişəm. Mən biznesin necə işlədiyi və onun sizin rifahınız üçün necə işləməli olduğu anlayışına malikəm”, - deyə Mark Karni vurğulayıb. 

O, həmçinin bildirib ki, niyyətlərinin ciddiliyinə görə BMT-nin iqlim və maliyyə məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib və bütün kommersiya vəzifələrini tərk edib.

Mühafizəkarlar Partiyasından bildirilib ki, Karni və Trüdo arasında çox fərq görmürlər və namizədi “sistemdən kənar adam” hesab etmirlər. 

Xatırladaq ki, hər iki vəzifədən istefa vermiş Castin Trüdo martın 9-dək baş nazirin səlahiyyətlərini yerinə yetirəcək. 

Xatirə SADİQ