Taqanroqdakı hərbi aerodroma hücumun cavabı mütləq veriləcək – Kremlin sözçüsü
Kremlin sözçüsü Dmitri Peskov ölkəsinin Ukrayna Silahlı Qüvvələrinin Taqanroqdakı hərbi aerodroma hücumuna münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyinin bununla bağlı bəyanatını xatırladan Peskov jurnalistlərə deyib ki, buna məqsədəuyğun şəkildə mütləq cavab veriləcək.
Peskov bunun üçün “Oreşnik” ballistik raketlərinin istifadə edilib-edilməyəcəyinə aydınlıq gətirməyib.
Rusiya Müdafiə Nazirliyi dekabrın 11-də Ukrayna Silahlı Qüvvələrinin Taqanroqdakı bazaya hücumu barədə məlumat yayıb. Hücum nəticəsində bazanın şəxsi heyəti zərər çəkib. Nazirlik bəyan edib ki, Qərbin uzaqmənzilli silahlarının hücumu cavabsız qalmayacaq və müvafiq tədbirlər görüləcək.
Xatirə SADİQ