Putin Moskvanı boşaltmağa hazırlaşır? - Duqindən ŞOK AÇIQLAMA

Rusiyalı filosof və “Rus dünyası” ideyasının əsas ideoloqlarından biri Aleksandr Duqin Rusiya ilə Qərb arasında mümkün müharibə barədə sensasiyalı açıqlama verib.

Aug 14, 2026 - 23:01
Putin Moskvanı boşaltmağa hazırlaşır? - Duqindən ŞOK AÇIQLAMA

SAVASHMEDIA.az xəbər verir ki, Duqin Rusiya ilə Qərb arasında müharibənin "demək olar ki, qaçılmaz", bunun nüvə qarşıdurmasına çevrilməsinin isə "çox ehtimal olunan" ssenari olduğunu deyib.

O, mümkün nüvə müharibəsi təhlükəsi səbəbindən Rusiyanın iri şəhərlərində yaşayan insanların kənd və qəsəbələrə köçürülməsini təklif edib.

Duqinin sözlərinə görə, Moskva, Sankt-Peterburq və Yekaterinburq kimi iri şəhərlər gələcəkdə mövcud olmaya bilər. O, bu şəhərlərin nüvə zərbələri üçün əsas hədəflərə çevriləcəyini iddia edib.

Qeyd edək ki, Aleksandr Duqin xarici mediada “Putinin filosofu” və “Putinin beyni” kimi təqdim olunur və onun Rusiya liderinin ideoloji baxışlarına təsir etdiyi bildirilir.

Oğuz