“Tarixdəki yerimi ala bilməyəcəksiniz” - Saakaşvili 

“Tarixdəki yerimə nə qədər toxunmağa çalışsanız da, onu məndən ala bilməyəcəksiniz! Tarix, şübhəsiz, mənə haqq qazandıracaq!”.

May 2, 2025 - 17:19
“Tarixdəki yerimi ala bilməyəcəksiniz” - Saakaşvili 

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bunu Gürcüstanın 3-cü prezidenti Mixail Saakaşvili məhkəmə iclasının canlı yayımı zamanı deyib.

Onun sözlərinə görə, istintaq komissiyasının məqsədi “Milli Hərəkatı” məhv etməkdən daha genişdir, bu məqsəd gürcü xalqının genetik kodunu dəyişdirməkdir.

“Qondarma komissiya yaratdılar. Məni və Gürcüstanı necəsə ittiham etmək üçün Haaqa məhkəməsində iş başlatdılar. Alınmayacaq! İndi də daxildən belə etməyə çalışırlar. Oğruların, soyğunçuların və s. tam reabilitasiyanı həyata keçirdilər. Aprasidze ailəsini qurban kimi göstərdilər. Aprasidzelər çoxlu adamları öldürür, zorlayır, məhv edir, bütün əmlaklarını əlllərindən alırdı. Bütün Svanetiyanı tapdayıb keçdilər və Gürcüstanın qalan hissəsində çoxlu cinayətlər törətdilər. İndi bəyan edirlər ki, sən demə, onlar rejimin bədbəxt qurbanlarıdır. Əgər biz onları Svanetiyadən çıxarmasaydıq, heç bir inkişaf, turizm, gəlir də olmazdı. Bunlar gəlməsəydi, bütün bunlar daha çox olardı. Svanetidə, Tetnuldi kurortunda tunel layihəsini dayandırdılar.

Bu, əksinqilabdır, komissiya deyil. Kriminalların, rusiyayönlü fırıldaqçıların və rusiyayönlü korrupsionerlərin əksinqilabi!”, - deyə Saakaşvili vurğulayıb.
 
Xatirə SADİQ