Polyak nazir Rusiya konsulluğu ilə bağlı qərarını dəyişdi - “Ləğv edirəm”

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya konsulluğunun Krakovda fəaliyyət göstərməsinə icazəni ləğv etmək niyyətində olduğunu açıqlayıb.

May 12, 2025 - 13:37
Polyak nazir Rusiya konsulluğu ilə bağlı qərarını dəyişdi - “Ləğv edirəm”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə nazir “Z” sosial şəbəkəsində yazıb. 

Onun sözlərinə görə, bu qərarı Rusiya xüsusi xidmət orqanlarının Varşavada ticarət mərkəzinin yandırılmasında iştirakına dair sübutlardan sonra verib. 

“Rusiya xüsusi xidmət orqanlarının “Marywilska 44” ticarət mərkəzinə qarşı biabırçı təxribat törətdiyinə dair sübutlarla əlaqədar olaraq, mən Rusiya Federasiyasının Krakovdakı konsulluğunun fəaliyyəti ilə bağlı razılığı ləğv etmək qərarına gəldim”, - deyə polşalı nazir vurğulayıb.

Qeyd edək ki, Sikorskinin tviti Polşanın baş naziri Donald Tuskun 2024-cü ilin mayında Varşava ticarət mərkəzində baş verən kütləvi yanğının arxasında Rusiya xüsusi xidmət orqanlarının dayandığını bəyan etməsindən sonra yazılıb. 

Xatirə SADIQ