Tayvan 38 “Abrams” tankı aldı

Amerika Birləşmiş Ştatları (ABŞ) Tayvana 38 müasir “Abrams” döyüş tankı satıb.

Dec 16, 2024 - 15:56
Tayvan 38 “Abrams” tankı aldı

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb. 

Bunlar son 30 ildə adaya gətirilən ilk müasir tanklardır.

Tayvan 2019-cu ildə 108 tank sifariş edib. Nazirlikdən bildirilib ki, 38 M1A2 tankının ilk partiyası bazar günü Tayvana gəlib və ordunun Taypeyin cənubundakı Sinçjudakı təlim bazasına aparılıb. Qalan tankların 2025–2026-cı illərdə sifarişçiyə çatdırılması gözlənilir.

Dünyanın ən ağır tanklarından olan “Abrams” tankları ABŞ ordusunun əsasını təşkil edir.

Vaşinqton çoxdan Taypeyin ən mühüm müttəfiqi və ən böyük silah tədarükçüsü hesab olunur. Bu məqam Tayvanı öz ərazisinin bir hissəsi hesab edən Pekini qəzəbləndirir.

Çin son illərdə müntəzəm olaraq adanın ətrafında qırıcıları və hərbi gəmiləri yerləşdirməklə Tayvana hərbi təzyiqi gücləndirir. 

Xatirə SADİQ