Tehran Təl-Əvivin yuxusunu qaçırıb - Düyməyə bu gecə basılacaq?

İran və İsrail arasındakı gərginlik artan xətt üzrə inkişaf edir.

Nov 1, 2024 - 00:10
Tehran Təl-Əvivin yuxusunu qaçırıb - Düyməyə bu gecə basılacaq?

SAVASHMEDİA.az İsrail mediasına xəbər verir ki, Təl-Əvivin islam dövlətinə son zərbələrindən sonra rəsmi Tehranın cavabı gözlənilir.

Mətbuat iddia edir ki, İran İsrailə İraq ərazisindən hücum edə bilər. Hücumda yüzlərlə ballistik raket və dronlardan istifadə olunacağı ehtimal olunur. 

Vurğulanır ki, Tehran Administrasiyasının budəfəki zərbələri daha şiddətli olacaq. 

İran KİV-i də İsrailin qısa zamanda məhv olacağını tirajlamaqla məşğuldur. Onlar davamlı şəkildə mövzu ilə bağlı foto və videolar yayırlar. 

Hazırda İsrailin ABŞ ilə birlikdə İranın hücumuna hazırlaşdığı bildirilir. 

Həmçinin yerli medianın yazdığına görə, İranın Buşehr məntəqəsində hərbi maşınların və raket texnikasının hərəkəti barədə məlumat var.

"The New York Times" yazır ki, İsrail ərazisində vurulacaq hədəflərin siyahısı dəqiqləşdirilir. 

Bildirilir ki, İran tərəfindən mümkün hücum ABŞ seçkilərindən əvvəl ola bilər.

Səlcuq