“Təsəvvür edin ki, Usamə bin Ladenlə oturmusunuz…” - Kallas
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təcavüzkar Rusiya ilə danışıqların aparılmasını terrorbaşı Usama bin Ladenlə danışıqlar aparılmasına bənzədib.
SAVASHMEDİA.az xəbər verir ki, Vaşinqtona səfər edən Kallas bu müqayisəni “France-Presse” agentliyinə müsahibəsi zamanı aparıb.
“Təsəvvür edin ki, Amerikada 11 sentyabr hadisəsindən sonra siz Usamə bin Ladenlə oturmusunuz və deyirsiniz: “Yaxşı, başqa nə istəyirsiniz?”. Mən nəzərdə tuturam ki, bu, ağlasığmazdır. Mənim sualım ondan ibarətdir ki, biz nə üçün Rusiyaya onların artıq etdiklərinə əlavə olaraq istədiklərini verməliyik? Ukraynaya hücum ediblər, əraziləri ilhaq, işğal ediblər. İndi isə buna əlavə olaraq nəsə təklif edirlər”, - deyə Kallas vurğulayıb.
Aİ nümayəndəsi bildirib ki, NATO ölkələri heç vaxt “demokratiyadan qorxan” Rusiyaya hücum etməyib: “Niyə biz NATO-dayıq? Çünki biz Rusiyadan qorxuruq. Və həqiqətən yeganə işləyən məsələ – yeganə təhlükəsizlik təminatı – NATO çətiridir”.
Kallas amerikalı prezidentin müharibənin NATO məsələsinə görə başladığı və Ukraynanın NATO üzvlüyünü unutmasına dair iddiası ilə razılaşmayıb.
“Bu iddialar tamamilə haqiqətə uyğun deyil. Bu, bizim alışmamalı olduğumuz rus narratividir”, - deyə Kallas yekunlaşdırıb.
Xatirə SADİQ