Rusiya XİN İstanbul danışıqlarını qiymətləndirdi
“İstanbulda fevralın 27-də ABŞ nümayəndə heyəti ilə keçirilən müzakirələr mənalı və işgüzar olub”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
XİN-dən bildirilib ki, tərəflər diplomatik nümayəndəliklərin maneəsiz maliyyələşdirilməsinin təmin edilməsini və diplomatların işləməsi üçün şəraitin yaradılmasını müzakirə ediblər. ABŞ-də 2016–2018-ci illərdə qanunsuz olaraq müsadirə edilmiş altı mülkün Rusiyaya qaytarılmasına xüsusi diqqət yetirilib. Moskva həmçinin ABŞ-yə birbaşa hava nəqliyyatının bərpası imkanlarını nəzərdən keçirməyi təklif edib.
“Ölkələrimizin xalqlarının mənafeyinə uyğun olaraq ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün şəraitin yaradılmasına yönəlmiş praktiki nəticələrin zəruriliyi xüsusilə vurğulanıb”, - XİN qeyd edib.
Rusiya tərəfini məsləhətləşmələrdə nazirliyin departament direktoru Aleksandr Darçiyev, Amerika tərəfini isə dövlət katibinin köməkçisinin müavini Sonata Koulter təmsil ediblər.
Xatirə SADİQ