“Tesla”ya od vuruldu – Las Veqasda

ABŞ-nin Las-Veqas şəhərindəki “Tesla” müəssisəsinin önündə bir neçə avtomobili yandırılıb. 

Mar 19, 2025 - 13:19
“Tesla”ya od vuruldu – Las Veqasda

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
 
Hadisə yerinə gələn polis əməkdaşları bir neçə yanan avtomobili, habelə müəssisənin giriş qapılarına boya ilə çəkilmiş “Müqavimət” sözü aşkar ediblər.

Federal Təhlükəsizlik Bürosu bu hadisəni daxili terrorizmin mümkün aktı kimi araşdırmağa başlayıb, polis isə bunu “Tesla” müəssisəsinə məqsədyönlü hücum adlandırıb. 

“Tesla”nın başçısı İlon Maks avtomobillərin yandırılmasının görüntülərini repost edərək bunun “terrorizm” olduğunu yazıb. 

“Onlar “Tesla”ya zərər vermək istəyirlər. Çünki biz hökumətdə dəhşətli israfçılığın və korrupsiyanın qarşısını dayandırırıq. Yəqin ki, onlar pis insanlardır. Pis insanlar pis işlər görür”, - deyə amerikalı milyarder Fox News telekanalının efirində bildirib. 

Xatirə SADİQ