Türkiyənin maliyyə bazarlarında gərginlik yaranıb – “Bloomberg”
İstanbul meri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyənin maliyyə bazarlarında çaxnaşma yaranıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.
Agentlik qeyd edir ki, sərmayədarlar səhmlərini kütləvi şəkildə satmağa başlayıblar və bu, lirənin və səhmlərin çökməsinə səbəb olub.
“Borsa İstanbul 100” indeksi açılışda 6,9% ucuzlaşdığəından birja ticarəti dayandırıb. Bərpadan sonra kotirovkalar 4,6% azalıb.
10 illik dövlət istiqrazlarının gəlirliliyi 175 baza bəndləri əsasında artaraq 29,94%-ə çatıb. Lirə dollar qarşısında 5%-dən çox dəyər itirərək analoji aktivlər arasında dünyanın ən zəif valyutasına çevrilib.
Agentlik bildirib ki, son vaxtlara qədər qlobal investorlar iqtisadi vəziyyətin yaxşılaşacağına və Aİ ilə sıx əlaqələrə ümid edərək, Türkiyənin səhmlərinə müsbət baxırdılar. Lakin siyasi qeyri-sabitlik bu nikbinliyi məhv edib.
Xatirə SADİQ