Təyyarədə balon partlayıb – Qazaxıstan KİV-dən sensasion iddia
Qazaxıstanda qəzaya uğrayan Embraer 190 təyyarəsinin göyərtəsində balon partlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Orda.kz” portal Manqistau vilayətinin səhiyyə idarəsinə istinadən məlumat yayıb.
“Təyyarənin göyərtəsində balon partlayıb, nəticədə ikisi uşaq olmaqla 14 nəfər yaralanıb”, - deyə bildirilib.
Səhiyyə idarəsi söhbətin hansı balondan getməsinə aydınlıq gətirməyib.
Xatirə SADİQ