"Toylardan yığılan şabaşın bir hissəsini Rəşad Dağlıya göndəririk” - Meyxanaçı
Meyxanaçı Xosrov Maştağalı həmkarı Rəşad Dağlı ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, sənətçi vaxtaşırı Rəşad Dağlı ilə telefonla danışdıqlarını deyib.
Xosrov Maştağalının sözlərinə görə, həmkarları Rəşadı unutmur və vəziyyəti ilə daim maraqlanırlar.
O qeyd edib ki, toy məclislərində toplanan şabaşlardan müəyyən məbləğ ayrılaraq Rəşad Dağlıya göndərilir.
Xosrov Maştağalı bunun dostluq və həmrəylik nümunəsi olduğunu vurğulayaraq, meyxanaçıların Rəşadla bağlı birlik nümayiş etdirdiklərini bildirib.
Aytən