“Tramp dəhlizi” ilə Naxçıvana nə vaxt gedə biləcəyik? - Hazırlıqlar başlayır

ABŞ-nin təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulan “Tramp marşrutu” – TRIPP layihəsi Cənubi Qafqazda nəqliyyat xəritəsini dəyişə biləcək əsas layihələrdən biri hesab olunur.

Aug 10, 2026 - 01:46
Aug 10, 2026 - 01:50
“Tramp dəhlizi” ilə Naxçıvana nə vaxt gedə biləcəyik? - Hazırlıqlar başlayır

SAVASHMEDIA.az xəbər verir ki, Azərbaycanı Naxçıvanla Ermənistan ərazisi üzərindən birləşdirəcək marşrut üzrə hazırlıq işlərinin 2026-cı ilin sonlarına doğru başlaması gözlənilir.

Layihə çərçivəsində Ermənistan ərazisindən keçəcək nəqliyyat bağlantısının yaradılması, eləcə də dəmir yolu və digər kommunikasiya xətlərinin inkişaf etdirilməsi nəzərdə tutulur. Ermənistan və ABŞ may ayında TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı çərçivə razılaşması imzalayıb.

“Tramp marşrutu”nun əsas məqsədlərindən biri də Azərbaycanla Naxçıvan arasında birbaşa bağlantının yaradılmasıdır. Layihənin reallaşması regionda yükdaşımaların və ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək.

Marşrutun nə vaxt tam fəaliyyətə başlayacağı isə hələ də əsas suallardan biri olaraq qalır.

Oğuz