Tramp "Hörmüz boğazı"na öz adını vermək istəyibmiş - "Xoşlarına gəlmədi"

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının “Tramp boğazı” adlandırılması ideyasının dəstək qazanmadığını bildirib.

Apr 15, 2026 - 17:41
Apr 15, 2026 - 23:24
Tramp "Hörmüz boğazı"na öz adını vermək istəyibmiş - "Xoşlarına gəlmədi"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, “Fox Business” kanalına verdiyi müsahibədə danışıb.

Trampın sözlərinə görə, alternativ adlar müzakirə olunsa da, onun təklif etdiyi variant qəbul edilməyib:

“Onu "Hörmüz boğazı" və ya "Hörmüzün boğazı" adlandırmaq olar. Soruşdum ki, hansı daha yaxşıdır? Dedilər ki, hər iki variant uyğundur, amma onu "Tramp boğazı" adlandırmaq olmaz. Nəyə görəsə bu ideya onların xoşuna gəlmədi”.

Hörmüz boğazı barədə məlumat

Hörmüz boğazı dünya enerji daşımaları baxımından strateji əhəmiyyətə malik su yoludur. Fars körfəzini Oman körfəzi ilə birləşdirən bu boğazdan gündəlik olaraq milyonlarla barel neft və qaz daşınır.

Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, dünya neft ticarətinin mühüm hissəsi məhz bu marşrutdan keçir. Bu səbəbdən bölgədə baş verən hər hansı gərginlik qlobal enerji bazarına birbaşa təsir göstərə bilir.

Müzakirə yaradan açıqlama

Trampın bu açıqlaması sosial mediada və siyasi dairələrdə də müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu zarafat kimi qiymətləndirərkən, digərləri isə belə təkliflərin beynəlxalq coğrafi adlarla bağlı ənənələrə uyğun olmadığını bildiriblər.

Səlcuq