Ukraynadan Putinin "Zelenski Moskvaya gəlsin" tələbinə CAVAB
"Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəyə son qoymaq təklifləri qəbuledilməzdir və konstruktiv dialoqa töhfə vermir".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidentinin ukraynalı həmkarı Volodimir Zelenskini danışıqlar üçün Moskvaya dəvət etməsini şərh edərkən Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa deyib.
"Hazırda ən azı yeddi ölkə müharibəni dayandırmaq üçün Ukrayna və Rusiya liderlərinin görüşünə ev sahibliyi etməyə hazırdır. Avstriya, Müqəddəs Taxt-tac, İsveçrə, Türkiyə və üç körfəz ölkəsi. Bunlar ciddi təkliflərdir və prezident Zelenski hər an belə bir görüşə hazırdır. Bununla belə, Putin açıq-aşkar qəbuledilməz təkliflər irəli sürərək hamını aldatmaqda davam edir".
Onun fikrincə, yalnız artan təzyiq Rusiyanı nəhayət, sülh prosesinə ciddi yanaşmağa məcbur edə bilər.
Oğuz