Tramp Putini razılaşdırdı - İkisi də İstanbula gəlir?

ABŞ Prezidenti Donald Tramp mayın 16-da İstanbula səfər etməyə hazır olduğunu bildirib.

May 15, 2025 - 11:55
Tramp Putini razılaşdırdı - İkisi də İstanbula gəlir?

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə Dohada ABŞ və Qətər iş adamları ilə görüşündə danışıb.

Onun sözlərinə görə, əgər buna zərurət olarsa, sabah İstanbulda Ukrayna ilə bağlı danışıqlarda iştirak edə bilər. 

Xatırladaq ki, bundan əvvəl, “Reuters” agentliyi Trampın Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün Türkiyəyə getməyəcəyini yazıb. Bildirilib ki, bu qərar Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləməsindən sonra verilib.

Belə bir informasiyanın yayılması isə Rusiya Prezidenti Vladimir Putinin də İstanbula gələcəyi ehtimalını artırıb. 

Xatırladaq ki, Tramp ötən gün jurnalistlərin “Rusiya Prezidenti Vladimir Putin danışıqlara niyə gəlmir?” sualına cavab olaraq deyib: “Əgər mən getmirəmsə, onun getməsinə nə ehtiyac var?”

Maraqlıdır, indi Tramp İstanbula getmək qərarına gəlibsə, Putini də Türkiyəyə səfər etməyə inandırdığına dair fərziyyəələri artlırıb.

Oğuz