“Moskvanın heç bir fikri yoxdur” - Kremlin sözçüsü
“Kiyevin mayın 8-dən 11-dək atəşkəs təşəbbüsünə qoşulub-qoşulmayacağı barədə Moskvanın heç bir fikri yoxdur”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ukraynanın təklifə birbaşa cavab verməkdən imtina etməsini manipulyasiya hesab edib.
Dünən Rusiya prezidenti Vladimir Putin 9 may - Qələbə gününün 80-ci ildönümü münasibətilə “humanitar mülahizələrə əsaslanaraq” üçgünlük atəşkəs elan edib. Moskva Kiyeviı “bu nümunəyə əməl etməyə” çağırıb və xəbərdarlıq edib ki, atəşkəs pozularsa, Rusiya qoşunları “adekvat və effektiv cavab verəcək”.
Ukrayna prezidenti Vladimir Zelenski bu təşəbbüsü “manipulyasiya cəhdi” adlandıraraq, dərhal 30 günlük taç atəşkəs təklifi ilə çıxış edib.
“Əgər biz belə uzunmüddətli atəşkəsdən danışırıqsa, prezident Putinin Kremldə danışdığı nüanslar burada vacibdir. Bu da vacibdir, lakin bu suallara cavab olmadan belə uzunmüddətli atəşkəsə getmək çətindir”, - deyə Peskov şərh edib
Xatirə SADİQ