Tramp Ukraynanı ona tapşırdı - xüsusi elçi

ABŞ Prezidenti Donald Tramp general Kit Kelloqu Ukrayna üzrə xüsusi elçi təyin edib.

Mar 16, 2025 - 00:42
Tramp Ukraynanı ona tapşırdı - xüsusi elçi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

"General Kit Kelloqun Ukrayna üzrə xüsusi elçi təyin edildiyini sizə xəbər verməkdən məmnunam", - o qeyd edib.

Kelloq Vaşinqtonun Volodimir Zelenski və Ukrayna rəhbərliyi ilə təmaslarına nəzarət edəcək.

"Kelloq onları yaxşı tanıyır və onların çox yaxşı iş münasibətləri var", - Tramp əlavə edib.

Bundan əvvəl Kelloq ABŞ prezidentinin köməkçisi və Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifələrində işləyib.