Tramp üzərində öz şəkli olan “qızıl kart”ı göstərdi - VİDEO

ABŞ prezidenti Donald Tramp “Air Force One” təyyarəsinin göyərtəsində jurnalistlərə varlı əcnəbilərin istifadə edə biləcəyi 5 milyon dollar dəyərində “qızıl kart”ı nümayiş etdirib.

Apr 4, 2025 - 15:29
Tramp üzərində öz şəkli olan “qızıl kart”ı göstərdi - VİDEO

SAVASHMEDİA.az Fox News-a istinadən xəbər verir ki, kartın üzərində Trampın şəkli var. 

“5 milyon dollara bu, sizin ola bilər. Bu, kartların birincisi idi. Bilirsinizmi, bu, nə kartdır? Bu, “qızıl kart”dır, Tramp kartıdır”, - deyə o, bildirib.

Mart ayında ABŞ-nin ticarət naziri Hovard Lutnik bildirdi ki, ölkə daimi yaşayış hüququ verən “qızıl kartların” satışı proqramını buraxıb. Hər kartın qiyməti 5 milyon dollardır. Yüksək qiymətə baxmayaraq, bu kartların 1000 ədədi cəmi bir gündə satılaraq büdcəyə 5 milyard dollar qazandırıb.

Xatirə SADİQ