Zaxarovadan Simonyanın ruslarla bağlı dediklərinə SƏRT CAVAB

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Rusiya vətəndaşları ilə bağlı açıqlamasına münasibət bildirib.

Aug 29, 2026 - 13:53
Zaxarovadan Simonyanın ruslarla bağlı dediklərinə SƏRT CAVAB

SAVASHMEDIA.az xəbər verir ki, Simonyan Rusiyada yeni səfərbərlik elan olunacağı təqdirdə, cəbhəyə göndərilməkdən yayınmaq istəyən Rusiya vətəndaşlarının Ermənistana gəlməsinə mane olmayacaqlarını deyib.

Zaxarova isə erməni məmurun bu fikirlərini “Rusiyaya qarşı təxribat” adlandırıb. 

O, Ermənistan hakimiyyətinin bu cür açıqlamalarla Rusiya vətəndaşlarını qanunsuz hərəkətlərə sövq etdiyini bildirib.

Oğuz