Tramp Zelenskini istefaya razı salmağa çalışır - Ukraynalı deputat
ABŞ Ukrayna prezidenti Vladimir Zelenskini istefaya göndərməyi planlaşdırır.

SAVASHMEDIA.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski özünün Teleqram kanalında bildirib.
O, amerikalı jurnalist Taker Karlsonun Zelenskini "diktator" adlandırmasını da təsadüfi hesab etmir. Dubinskinin fikrincə, müxbirin bəyanatı Ukrayna liderinə qarşı kampaniyanın anonsudur.
Xatırladaq ki, Karlson Zelenskinin Ukraynada diktatura qurduğunu bəyan edib . Jurnalist dövlət başçısının seçilmədiyini xatırladaraq Zelenskinin legitimliyini şübhə altına alıb.
Bu isə ABŞ-nin Putinlə danışıqlara qədər Zelenskini vəəzifədən kənarlaşdırmağa razı salmaq niyyəti ilə bağlı deyilənlərlə üst-üstə düşür.
Səlcuq