Rusiya öz vətəndaşlarını bombaladı - 95 nəfər dağıntılar altındadır
Rusiya Silahlı Qüvvələri Ukraynanın nəzarətində olan Kursk vilayətinin Sudja şəhərində mülki şəxslərin yerləşdiyi internat məktəbinə bombalar atıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, yerli sakinlər üçün sığınacaq kimi xidmət istifadə edilən binanın dağıntılarə altında 95-ə qədər Rusiya vətəndaşı qalıb.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın öz vətəndaşlarını bombalamasını şərh edib.
“Rusiya belə mübarizə aparır. Rusiya ərazisi, Kursk vilayətinin Sudja şəhəri. Evakuasiyaya hazırlaşan mülki şəxslərin olduğu internat məktəbi. Rus bombası. Orada onlarla mülki şəxsin olmasına baxmayaraq, binanı dağıtdılar”, - Ukrayna prezidenti sosial şəbəkə hesabında yazıb.
“Rusiya onilliklər əvvəl Çeçenistana qarşı döyüşüb. Rusiya hərbçiləri Suriyada da insanları öldürüb. Rusiya bombaları Ukraynanın da evlərini dağıtır. İndi isə öz mülki vətəndaşlarının başına bomba yaöğdırırlar. Bu, sivilizasiyadan məhrum bir dövlətdir. Bu öz-özünə dayanmayacaq bir pislikdir". - Zelenski bildirib.
Oğuz