Tramp Zelenskiyə "Moskvanı vur" əmri verib? - Ağ Evdən RƏSMİ AÇIQLAMA
"ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığında Moskva və Sankt-Peterburqa zərbələr endirməyə çağırmayıb".
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Caroline Leavitt bildirib.
Xatırladaq ki, bununla bağlı xəbəri “The Financial Times” və “The Washington Post” nəşrləri ötən gün məlumat yaymışdı.
"Financial Times nəşri çox baxış əldə etmək üçün sözləri kontekstdən çıxarmaqda məşhurdur. Prezident Tramp sadəcə olaraq Zelenskiyə sual verirdi, daha çox adam öldürməyə təşviq etmirdi", - Caroline Leavitt Fox News-a deyib.
Ağ Evin mətbuat katibi həmçinin bildirib ki, Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün “yorulmadan çalışır”.
Qeyd edək ki, "Financial Times" yazmışdı kiŞ, iyulun 4-də Vladimir Zelenski ilə söhbətində Donald Tramp soruşub: “Vladimir, sən Moskvanı və Sankt-Peterburqu vura bilərsənmi? Ukrayna prezidenti isə guya cavab verib ki, lazımi silahlar olarsa, bunu edə bilər. Nəşr yazıb ki, ABŞ prezidenti bu ideyanı dəstəkləyib.
Səlcuq