TikTok fenomeninə silahlı hücum - Özü öldü, 3 azyaşlı qızı isə... + FOTO

Türkiyəli TikTok fenomeni qətlə yetirilib.

Jul 15, 2025 - 20:02
TikTok fenomeninə silahlı hücum - Özü öldü, 3 azyaşlı qızı isə... + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Van şəhərində qeydə alınıb.

Belə ki, TikTokda “Arda Edeoğlu”adı ilə məşhurlaşmış Onur Karael avtomobil idarə edərkən silahlı hücuma məruz qalıb. 

Hadisə zamanı maşında Karaelin 3 azyaşlı qızı da olub. Emre Karael "Kalaşnikov"dan açılan atəş nəticəsində ağır yaralanıb. 

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, məşhur tiktoker hadisə yerində ölüb. 

Məlumata görə, silahlı hücum zamanı Karelin qızları da yaralanıb. Xəstəxanaya yerləşdirilən qızlardan birinin vəziyyəti daha ağır olduğu üçün reanimasiyaya yerləşdirilib. Digər ikisinin isə müalicəsi davam etdirilir.

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.

Banu