Trampın “Gürcü arzusu”na təzyiqləri faktlarla sadalandı – “Nəyə sevinirsiniz?”
Gürcüstan müxalifəti hesab edir ki, “Gürcü arzusu” üzvlərinin Donald Trampın qələbəsi ilə bağlı sevinmələri üçün səbəbləri yoxdur.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Vətəndaş ideyası” təşkilatının rəhbəri Tina Xidaşeli sosial şəbəkədə yazıb.
O, xatırladıb ki, Konqresin Nümayəndələr Palatasında Gürcüstanla bağlı qanunların təşəbbüskarı Trampı dəstəkləyən konqresmenlərdir.
Trampın birinci prezidentliyi dövründə dövlət katibi mətbuat konfransında yanında dayanan Gürcüstanın baş nazirini açıq şəkildə barmağı ilə göstərən ilk amerikalı yüksək vəzifəli məmur olub, “Çin və Rusiyanın Gürcüstanı udmasına imkan verməyin. Anakliyanı çinlilərə, ruslara verməyin!” deyib.
Tina Xudaşeli nəzərə çatdırıb ki, Trampın birinci prezidentliyi dövründə Gürcüstan çoxdan gözlənilən “javelin”ləri və tarixdə ən böyük hərbi yardımını alıb.
Trampın ən sadiq ardıcıllarından biri olan konqresmen Co Vilson isə İvanişvilinin impiçmentinə çağırış edənlərdən biri olub.
“Onlar (“Gürcü arzusu” – red) nəyə sevinirlər?”, - deyə Tina Xidaşeli soruşub.
Xatirə SADİQ