"Trampın Putinin tərəfinə keçməsini görmək iyrəncdir" - ABŞ senatoru
Demokratlar Partiyasından olan ABŞ senatoru Çak Şumer prezident Donald Trampın Volodimir Zelenski ilə bağlı bəyanatlarını kəskin tənqid edib.
Bu barədə "Sky News" məlumat yayıb.
“Amerika prezidentinin dostlarımızdan birinə arxa çevirib açıq şəkildə Vladimir Putin kimi birinin tərəfinə keçməsini görmək iyrəncdir”, - Şumer deyib. (teleqraf)