Pilot təyyarəni qəzaya uğratmaq istəyib - Netanyahu AÇIQLADI

İsrailin Baş naziri Benyamin Netanyahu Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verənlərlə bağlı açıqlama verib.

Sep 30, 2026 - 18:34
Sep 30, 2026 - 18:58
Pilot təyyarəni qəzaya uğratmaq istəyib - Netanyahu AÇIQLADI

SAVASHMEDİA.az xəbər verir ki, B. Netanyahu pilotu zərərsizləşdirənlərin fəlakətin qarşısını aldığını bildirib.

“İkinci pilot əsas pilotu bıçaqlayıb. Daha sonra təyyarəni qəzaya uğratmağa çalışıb. Sərnişinlər böyük qəhrəmanlıq göstərərək onu zərərsizləşdiriblər. Bununla da onlar böyük bir faciənin qarşısını alıblar. İnsidenti törədən pilot saxlanılıb. Hazırda Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən dindirilir”, - Netanyahu qeyd edib.

Xatırladaq ki, bu gün Dubaydan (BƏƏ) Təl-Əvivə uçan “Flydubai” təyyarəsində insident yaşanıb. İki pilot arasında fiziki qarşıdurma baş verib. Bu zaman təyyarənin qaçırıldığını bildirmək üçün istifadə olunan 7500 kodu ötürülüb. İkinci pilot əsas pilotu cib bıçağı ilə yaralayıb. Hücum edən pilot sərnişinlərin köməyi ilə zərərsiz hala gətirilib. Təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərinə məcburi eniş edib. Pilotlardan birinin Ukrayna, digərinin isə Rusiya vətəndaşı olduğu bildirilib. 

Banu