Trampla Zelenskinin mübahisəsi kostyuma görə başlayıbmış - Yeni fakt
ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında baş tutan görüş ətrafında yeni detallar üzə çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp Zelenskinin Ağ Evdə rəsmi kostyum geyinməməsinə qəzəblənib.
Məlumata görə, Trampın müşavirləri Zelenskinin komandasına dəfələrlə xəbərdarlıq edərək, onun hərbi geyimdən imtina etməsinin daha hörmətli addım olacağını bildiriblər. Lakin Ukrayna lideri görüşə rəsmi kostyum əvəzinə, qara rəngli, milli simvollarla bəzədilmiş qeyri-formal geyimdə gəlib. Bu isə Ağ evdə xoş qarşılanmayıb.
Tramp hətta görüş zamanı buna işarə edərək Zelenskidən "sizin kostyumunuz yoxdur"? deyə soruşub.
Səlcuq