Türkiyə bu məsələdə Slovakiyaya yardım etməyə hazırdır – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya qazının Türkiyə üzərindən nəqlinə yardım edəcəyi barədə Slovakiyanın baş naziri Robert Fitsoya söz verib. 

Jan 21, 2025 - 08:57
Türkiyə bu məsələdə Slovakiyaya yardım etməyə hazırdır – Ərdoğan

SAVASHMEDİA.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Fitso ilə birgə mətbuat konfransında Ərdoğan ölkəsinin Brotislava və Moskva ilə Rusiya qazının tranziti üçün həll yolu tapmaq üçün danışıqlara hazır olduğunu təsdiqləyib. 

Türkiyə prezidenti xarici işlər naziri Hakan Fidanın rusiyalı həmkarına müraciət edəcəyini, özünün isə Rusiyanın dövlət başçısı Vladimir Putinlə danışacağını bildirib. 

“Addım atarıq. Gəlin, Slovakiyanın təbii qaz ehtiyacları ilə bağlı çözüm yolunu əldə edək”, - deyə Ərdoğan əlavə edib.

Slovakiyanın baş naziri bildirib ki, Rusiya qazının “Türk axını” qaz kəməri ilə ölkəsinə, daha sonra Bolqarıstan, Rumıniya və Macarıstana nəqli üçün alternativ həll yolunu tapmaq mümkün olacaq.

"Rusiyalı tərəfdaşlar bu qazın Slovakiya ərazisinə çatması üçün onun həcmini artırmağa hazır olub-olmadıqlarına qoşulmalı və təsdiqləməlidirlər”, - deyə Fitso məvurğulayıb. 

Baş nazir əlavə edib ki, Slovakiyanın iqtisadiyyat naziri gələn həftə məsələni müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.

Xatirə SADİQ